Belarus Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Gəncəyə səfər edib. ONN media xəbər verir ki, o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, Gəncə Avtomobil Zavodunda olub. Niyazi Bayramov səfir Andrey Ravkovu Gəncədə görməkdən məmnun olduğunu bildirərək, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Gəncəyə ilk dəfədir səfər etdiyini deyən diplomat, səmimi qəbula görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan - Belarus münasibətlərindən bəhs edilib, ölkələrimiz arasında mövcud olan sənaye, mədəniyyət, təhsil və digər sahələri əhatə edən əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu sənaye sahəsində Azərbaycan-Belarus əməkdaşlığının flaqmanıdır. İllərdir ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Səfir diplomatik fəaliyyəti müddətində bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Andrey Ravkov görüşdən sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Niyazi Bayramov səfirin nəzərinə çatdırıb ki, Vətən müharibəsi dövründə Ermənistan ordusu Gəncəni 5 fərqli gündə - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutub. Nəticədə aralarında uşaq və qadınların da olduğu 26 mülki şəxs həlak olub, 120-ən çox dinc sakin yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Belarus səfiri Ermənistanın törətdiyi hərbi cinayətlərin izləri ilə yerində tanış olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül dəstəsi düzüb. O, baş verən hadisələrdən məyus olduğunu bildirərək mülki əhaliyə yönələn terror aktlarını pisləyib.
Belarus səfiri Gəncəyə səfər etdi



Niyazi Bayramov Belarus səfirini qəbul edib
Cahit Bağcı Gəncəyə getdi
Almaniyanın səfiri GƏNCƏDƏ
Ceyhun Bayramov yeni səfirin etimadnaməsini qəbul etdi
İtaliyalı diplomatlar Gəncədə səfərdədir
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Gəncədə olub
Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir
Belarusun Azərbaycana yeni səfiri TƏYİN EDİLDİ
Ukraynalı jurnalistlər Gəncədə səfərdədir
İtaliya parlamentinin üzvləri Gəncəyə səfər etdi
Türk Hava Yolları Azərbaycanın daha bir şəhərinə aviareyslər açır
Zakir Həsənov Andrey Ravkovla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 