Xəbər verdiyimiz kimi, ötən gün – 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldıb və çıxış edib.
ONN media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanı hədələyən separatçılardan da danışıb.
- Bu binada (Xankəndidə separatçıbaşıların qərargah kimi istifadə etdiyi, ötən gün önündə Bayrağımızın qaldırıldığı bina – red.) ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi.
- Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir”.Qeyd edək ki, özünü “prezident” adlandıran 3 təlxək – Bako Saakyan, Robert Qukasyan və Araik Arutyunyan, “baş nazir” (“dövlət naziri”) olduğunu iddia edən şəxs Ruben Vardanyan, “xarici işlər naziri vəzifəsini daşımış” separatçı isə Davit Babayandır.



Prezidentdən türk əsgərlərlə bağlı AÇIQLAMA
İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaltdı
Heçkim bizi dayandıra bilməz- İLHAM ƏLİYEV
Prezident Talış əməliyyatının DETALLARINI AÇDI: Düşmən bizi burada gözləyirdi və biz də...
Prezidentdən Anar Ələkbərova tapşırıq
Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı
Prezident Hərbi Qənimətlər Parkının açılışında
Balaxanı kəndinin yeni dövrü başlayır - Prezident
Ali Baş Komandan: "Yenilməz ordu Azərbaycan Ordusudur! "
Əliyev MEYDAN OXUDU: O, kişilikdən danışır, kişiliyi çatırsa, gəlsin bura...
Şuşaya çox böyük turist axını olacaq - PREZİDENT
Lukaşenko: Onlar yalançı və alçaqdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 