“Fransa ilə Ermənistan arasındakı silah alış-verişində qanunauyğunsuzluq yoxdur. Ermənistan digər dövlətlərdən silah ala, Fransa da öz növbəsində istədiyi dövlətlərə müqavilələr əsasında silah sata bilər”.
ONN Media xəbər verir ki, bu fikirləri Təhlükəsizlik üzrə ekspert Alparslan İmanqulu bildirib. Ekspertin sözlərinə görə burada ən önəmli məqamlardan biri odur ki, bu gün Ermənistan demək olar ki, tamamilə Rusiyanın himayəsində olan bir dövlətdir:
“Müstəqil qərar verməyə gücü çatmayan bir dövlətin Fransa ilə bu şəkildə ticari əlaqələr qurması, xüsusi ilə də təhlükəsizlik məsələləri baxımından təbii ki, bu narahatedicidir. Demək ki, burada Rusiyanın da öz maraqları var. Çünki birmənalı olaraq Ermənistan ərazisində Rusiyanın icazəsi olmadan heç bir dövlət bu şəkildə addım ata bilməz. Və yaxud da Ermənistanın hərbi idarəetmə rəhbərliyi heç bir şəkildə Rusiyanın hər hansı bir icazəsi olmadan kənar dövlətlərlə bu şəkildə qarşılıqlı silah alış-satışına cürət etməz”.
Ekspert bildirib ki, Azərbaycan üçün bu məsələlər sadəcə məlumat xarakteri daşıyır və bunun əsasında ölkəmiz öz növbəsində lazımi tədbirləri mütləq görəcək. "
Kimin kimə silah satıb-satmaması məsələsinə biz heç bir şəkildə əngəl ola bilmərik. Lakin diplomatik yollarla etirazımızı hüquqi şəkildə bildirmək imkanımız var. Xüsusən də Fransanın silah satması ilə yanaşı, Gürcüstanın hava məkanının da bu istiqamətdə istismar olunmasına Azərbaycan diplomatik yollarla gərəkli təzyiqləri mütləq göstərməlidir.



İrəvan sürətlə silahlanır- NƏYƏ HAZIRLAŞIR?
MN təcili məlumat yaydı
“Ermənistan 200 milyonluq silah alsa da..."- General
Ermənistana silah göndərməsinə MÜNASİBƏT
Daha bir ölkə İrəvana silah satacaq- XƏBƏRDARLIQ
Fransa ordusu Ermənistana gəldi
Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı
Rusiyanın hərbi ixracı 15 milyardı keçdi –Putin açıqladı
Fransa açıq-aşkar ermənipərəst siyasət yürüdür - Prezidentin köməkçisi
Ermənistan sərhədə ordu yığır- BUNA SƏBƏB NƏDİR?
Rusiyanın Ermənistanla planı əslində budur?
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 