Qazaxıstan Azərbaycana qeyri-xammalın tədarükünü 300 milyon dollar artırmağa hazırdır.
ONN media xəbər verir ki, bu barədə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti paytaxt Astanada qurumun rəhbəri Alibek Kuantırov və Azərbaycan səfiri Ağalar Atamoğlanov arasında keçirilən görüşdən sonra cümə günü teleqramda məlumat yayıb.
“Tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar təşkil edib. Gələcəkdə bu rəqəm 1 milyard dollara qədər artırıla bilər. Bundan başqa, nazir Qazaxıstanın Azərbaycana yerli emal məhsullarının ixracında maraqlı olduğunu təsdiqləyib. Bunlar təxminən 300 milyon dollar dəyərində 100-dən çox qeyri-xammallardır”, - ismarışda diqqətə çatdırılıb.
Öz növbəsində səfir A.Atamoğlanov bildirib ki, Azərbaycan Qazaxıstana kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağa hazırdır.
Həmsöhbətlər hər iki ölkənin mühüm nəqliyyat dəhlizlərində əlverişli yerləşməsini vurğulayıblar.
“Bu baxımdan Çin və Avropa İttifaqını Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) getdikcə aktuallaşır. TBNM çərçivəsində yükaşırma iki dəfədən çox artım olub. Söhbət zamanı Qazaxıstan neftinin bu marşrutla daşınmasında müsbət dinamika qeyd edilib”, – nazirlikdən bildirilib.
2023-cü ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 398 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 57,2 % çoxdur.



Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Bu ölkədən Azərbaycana balıq ixracı böyük həcmdə artıb
Bakıda ticarət dövriyyəsinin həcmi açıqlandı
Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
ABŞ buna görə Azərbaycana 1 milyon dollar ayırdı
Əliyev və Tokayevin imzaladığı 2 mühüm sənəd…
Azərbaycan bu ölkəyə qeyri-neft ixracını 40%-dək azaldıb
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 