"Meydana üç xal üçün çıxacağıq".
ONN media xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XI turunun oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi komandada hər şeyin qaydasında olduğunu bildirib: "Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir".
Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: "Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
O, "Sabah"ın üç gün əvvəl "Sumqayıt"la II turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: "Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq".
Qeyd edək ki, oktyabrın 29-da "Neftçi Arena"da reallaşacaq "Neftçi" - "Sabah" matçı saat 18:30-da start götürəcək.



"Neftçi"nin futbolçusu oyunda zədələnib
AFFA “Neftçi” və “Qarabağ”ı niyə cəzalandırdı?
"Neftçi" "Keşlə"ni darmadağın etdi
"Neftçi" onunla 3 illik müqavilə imzaladı - RƏSMİ
“Neftçi”dən növbəti qələbə
Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib
"Neftçi"nin futbolçusu bu oyunda iştirak etməyəcək
"Neftçi" bu futbolçusu ilə yollarını ayırdı
"Neftçi" iki futbolçusu ilə yolları ayırdı
Hazırlığımız yaxşı getmir- BAŞ MƏŞQÇİDƏN AÇIQLAMA
"Neftçi" mövsümün ilk qələbəsini qazandı
"Neftçi" böyük hesabla qalib gəldi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 