"Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm".
ONN media-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Səbail"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis bəzi aparıcı futbolçuların zədəli olduğunu, digərlərinin isə milli komandalarda çıxış etdiyini bildirib: "Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq".
Rumıniyalı baş məşqçi sıraya dönən Eddi İsrafilovun hazırda özünü daha yaxşı hiss etdiyini söyləyib: "Az da olsa ağrıları var. Əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak etsin".
Regekampf gənc oyunçular haqqında da fikirlərini bölüşüb: "Yaxşı gənc futbolçulara malikik. Onların zədələrdən uzaq olacağına inanırıq. Həmin oyunçular davamlı şəkildə əsas komanda ilə məşqlərdə iştirak edirlər. Hər şey onların məşqlərindən, performansından asılıdır. Ehtiyacımız olacağı təqdirdə həmin gənclərə də şans verəcəyik".
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.



"Neftçi"nin futbolçusu: "Sabah"la oyunda meydana üç xal üçün çıxacağıq"
"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
Bakıda qələbə qazanmaq asan olmayacaq - Baş məşqçi
"Neftçi" və "Rapid" start heyyətləri açıqlandı
"Rapid" və "Neftçi" nin start heyyəti açıqlandı
"Qarabağ" və "Neftçi"nin start heyyətləri açıqlandı
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
Qurban Qurbanovdan transfer açıqlaması
Qurbanov tənqidlərə belə cavab verdi
Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Dünyanın ən yaxşı məşqçisi kimdir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 