“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyi (AYDAA) məlumat yayıb.
Bildirilib ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələrini öyrənmək üçün linkə daxil olub məlumat ala bilərsiniz.
- Başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);
- Son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;
- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).
Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.
Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət cədvəli ilə BURADAN tanış ola bilərsiniz.



Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Ödənişli yolda maksimum sürət həddi NECƏ OLACAQ?
Azərbaycanda daha bir yol pullu olacaq
Ödənişli yolda veteranlar üçün güzəşt var?
Prezident yeni ödənişli yolun açılışında iştirak edib
İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
Bakıdan Rusiya sərhədinədək yeni avtomobil yolu tikiləcək — SƏRƏNCAM
Azərbaycanda bu yol pullu olacaq - RƏSMİ
Azərbaycanda bu yollar ödənişli olacaq
Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq
Qarabağla bağlı yeni layihəyə başlanıldı
İlham Əliyev yeni yolun açılışında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 