ONN Media bildirir ki, Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən M.Həşimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyəcək.
İttihama görə, hadisə 9 iyul 2022-ci il tarixdə, saat 7 radələrində qeydə alınıb.
Belə ki, M.Həşimov etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şosesi, H.Əliyev prospekti istiqamətində olan körpünün üstündən üzü Heydər Əliyev Beynəlxalq aeroportu istiqamətində körpünün üstündə sağdan birinci zolaqla saatda 50-60 km sürətlə hərəkətdə olan zaman qaydaları pozub və maşının qabaq hissəsi ilə yolu süpürən piyada İ.Hümbətovanı vurub. Nəticədə süpürgəçi ölüb.
Hadisədən sonra M.Həşimov saxlanılıb və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.



Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı
Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Tanınmış prodüserdən YENİ XƏBƏR
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
Bəraət almaq istəyən general oğlu ilə bağlı yekun QƏRAR
Vilyam Hacıyevlə bağlı qərar verildi
Muradov barəsində hökmdən verilmiş şikayətlə bağlı - Qərar
Məhkəmə Kamil Zeynallı ilə bağlı QƏRAR VERDİ
Sabiq icra başçısının şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 