ONN Media bildirir ki, Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı ilə əməkdaşlığı baş tutub. Layihə çərçivəsində Balakən rayonundan olan və arzularını məktubla https://asanmektub.az/az saytına yerləşdirən 35 uşağın istəkləri reallaşdırılıb.
Ötən gün Balakən rayonuna yola düşən tərəflər arzularını məktubla çatdıran uşaqlar və onların valideynləri ilə görüşüb. Balakən regional “ASAN xidmət” mərkəzində baş tutan görüşdə maraqlı anlar yaşanıb.
Məktublara əsasən uşaqların öz istəklərinə uyğun məktəb ləvazimatları, geyim, oyuncaq kimi hədiyyələr onlara təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinclə əldə edib. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr
"Kapital Bank" kartların müddətini uzatdı
Aylıq krediti Kapital Bank tərəfindən ödənilən müştərilərin sayı 40 oldu
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
“Kapital Bank” müştərilərin kreditini ödəyəcək?
Bakıda sosial məsafə və maska unuduldu- Son durum
DİQQƏT: Bu bankın direktoru adından fırıldaq edilir
“ASAN xidmət”də YENİLİK
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Əhaliyə ŞAD XƏBƏR - Oktyabrın 16-dan...
Şəhid mayorun banka olan borcu SİLİNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 