Ukrayna Prezidenti Volodimir Zelenski digər ölkələrin sülh təşəbbüslərinə açıq olduğunu, lakin Rusiya Federasiyasına güzəştə getmək təkliflərini rədd etdiyini bildirib.
“Sizcə, niyə müharibə şəraitində olan, hücuma məruz qalan bir ölkə güzəştə getməyə hazır olmalıdır? Rus əsgərləri öz torpaqlarına getməlidirlər. Onlar getməlidirlər. Bu, müharibəni dayandırmağın əsl yoludur”, - deyə Zelenski Nyu-Yorkda “Reuters NEXT” konfransında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Əgər ərazilərimiz güzəşt olunsa, siz başqa regionlarda, başqa qitələrdə nə baş verə biləcəyini başa düşməlisiniz. Ondan sonra başqa ölkələrin əraziləri hər yerdə təhlükə altında olacaq”, - prezident əlavə edib.
O qeyd edib ki, Ukrayna bütün səsləri - Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması niyyətində olan və Rusiyadan başqa bütün səsləri eşitməyə hazırdır. Xüsusilə, Kiyevdə Braziliya, ABŞ, Çin və Afrika ölkələrinin təkliflərini dinləməyə hazırdır.
“Sizinlə həmfikir ola bilərik, bu, normaldır. Yalnız bizim 10 bəndimiz (Ukrayna sülh formulu) doqma deyil. Amma bütün təkliflər bir ideyaya əsaslanmalıdır, əks halda biz heç vaxt həll yolunu tapa bilməyəcəyik”, - deyə Ukrayna prezidenti bildirib.
ABŞ-də Ukraynaya hərbi və maliyyə yardımının mümkün azaldılması ilə bağlı müzakirələrdən danışan Zelenski qeyd edib ki, Respublikaçılar Partiyasının nümayəndələrinin bəzi bəyanatları, həqiqətən, təhlükəlidir:
“Təbii ki, xalqımız belə səslərdən qorxur”.
Bununla belə, Zelenskinin sözlərinə görə, ABŞ xarici siyasətini dəyişsə belə, ukraynalılar mübarizəni davam etdirəcəklər:
“Biz sizsiz mübarizə aparacağıq, siz bizim xalqımızı başa düşməlisiniz: azadlıq bizim üçün ən vacib dəyərdir və onu heç kim əldən verməyəcək. Hətta böyük liderlər bizi buna sövq etməyə çalışsalar belə”.



Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
Zelenski rusların son itkilərini açıqladı
Putinlə bu mözvuda kompromisə getməyəcəm - Zelenski
Mümkün dəyişikliklərə hazırıq
Zelenski şərtlərini açıqladı
Zelenski: "Ukrayna Türkiyə rəhbərliyinə güvənir"
Ərdoğan Zelenski ilə sülh danışıqlarını müzakirə etdi
Zelenski Putinlə danışıqlara hazırdır, güzəşt olmayacaq!
Zelenskidən ŞOK XƏBƏRDARLIQ
Zelenski Ukrayna xalqına müraciət etdi: İrəliləyin!
Ukraynada hər an çevriliş ola bilər?
Zelenski Putinlə görüşmək istədiyini deyib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 