Türkiyədə sosial media fenomenləri ilə bağlı araşdırmalar davam etdiyi bir zamanda Türkiyə Böyük Millət Məclisi də hərəkətə keçib.
Bununla bağlı hazırlanan qanun layihəsində sosial mediada fəaliyyət göstərən şəxslərin gəlirlərinin araşdırılması, qeydiyyata alınması və vergiyə cəlb edilməsi nəzərdə tutulur.
Son zamanlar gündəmdə olan sosial media fenomenləri ilə bağlı təhqiqatlar çərçivəsində bəzi şəxslər həbs ediliblər, çirkli pulların yuyulması üzrə araşdırmaların əhatə dairəsi genişləndirilib. Fenomenlərlə bağlı yeni tənzimləmə qaydalarının tətbiqi üçün işlərə başlanılıb.
Yeni qaydalara əsasən, fenomenlərin gəlirləri daim diqqət mərkəzində olacaq, qazanclarının mənbəyi araşdırılacaq, gəlirləri tam şəkildə vergiyə cəlb olunacaq.
Həmçinin sosial media platformaları üçün də yeni qaydalar tətbiq edəcək. Qaydalara əməl edilməzsə, bu platformalar məhdudlaşdırılmalara, yayım və reklam qadağalarına məruz qalacaq. Hətta lisenziyanın ləğvi də daxil olmaqla, bəzi sanksiyaların tətbiq də mümkün olacaq.
Xatırladaq ki, Türkiyədə son zamanlar bir çox tanınmış sosial media fenomenləri çirkli pulların yuyulması və digər ittihamlar üzrə istintaqa cəlb olunub, bəziləri haqqında həbs qərarı verilib.



Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Dilan Polat və əri saxlanıldılar
15 yaşına çatmayan uşaqlar sosial mediaya sərbəst girə bilməyəcək - Qərar
Baş nazirdən sosial ödənişlərlə bağlı YENİ QƏRAR
Şəhid ailələrinə ŞAD XƏBƏR- Bundan sonra...
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
İsşizlər üçün MÜHÜM XƏBƏR
Ünvanlı sosial yardım ləğv edilir
Məşhur blogerin həbsxanadan fotosu yayıldı
Tovuzda şəhid olan hərbçilərin ailələrinə Prezident təqaüdü veriləcək
Cütlüyün Terror təşkilatına üzv olduğu üzə çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 