2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı güzəştlərin verilməsidir.
Bu barədə Dövlət Vergi Xidmətindən ONN media-ya bildirilib.
Bildirilib ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər formada zərərçəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda öz canından keçmiş şəxslərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Belə ki, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, habelə onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və digər sosial tədbirlər həyata keçirilir. Bu siyasətin davamı olaraq şəhid ailələrinə dövlət qayğısının daha artırılması, onların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, bu kateqoriyadan olan şəxslərin aylıq gəlirlərinin 800 manat olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir



Vergi Məcəlləsinə edilən dəyişikliklər təsdiq edildi
I və II qrup əlillərə vergi güzəşti tətbiq olunur
Şəhid ailələri və qazilərə bu vergi güzəştləri ediləcək
Bu şəxslərə vergi güzəştləri tətbiq olunacaq
50 avtomobil əlilliyi olan vətəndaşlara verilib
Şəhid ailələrinə birdəfəlik maddi yardımlar verildi
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Prezident əlillər və şəhid ailələrinə 10 milyon manat ayırdı
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Prezidentdən SƏRƏNCAM: Bu şəxslərə pulsuz mənzillər veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 