İsveçin Höteborq şəhərində çadırlarımızı quracağıq. Polisə icazə üçün müraciət etmişik. Şəhərin ən görkəmli yerində - Drottningtorgetdə toplaşıb, tədbirimizi keçirtmək fikrindəyik.
Bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
O bildirib ki, çadırların qurulmasında məqsəd Güneyin problemlərinə avropalıların diqqətini cəlb etməkdir:
“Bu gün - dekabrın 16-da quracağımız “Azadlıq, Ədalət və Milli Hökumət” adlı çadırımıza hər kəs dəvətlidir. Biz burada Urmu gölü, 21 Azər Dövlətçilik Günü, 26 Azər güneylilərin soyqırımı ilə bağlı bilgi paylaşmaq, məlumat vermək istəyirik. Bu hadisələri əks etdirən şəkillər və müxtəlif video-görüntülər təqdim edəcəyik. Ümumiyyətlə, son zamanlar haqsız yerə tutulan Güney azərbaycanlı məhbuslar haqqında da danışacağıq. Bu haqda mən, Əmir Mərdani, Səfərəlibəy Quluzadə, Hüseynbəy Yəhyayi isveç, türk və ingilis dillərində danışaraq, tədbir iştirakçılarına bilgi verəcəyik. Musiqilərimiz səslənəcək. Avropa vaxtı ilə saat 12-dən başlaması planlaşdırılan tədbirimiz beş saat davam edəcək. Tədbiri keçirəcəyimiz şəhər İsveçin ikinci böyük şəhəridir və buradan çoxlu dəmiryol vağzalı var. Şəhərin bu hissəsində daim izdiham olur. Bizim qurduğumuz çadırı isə hava şəraiti də münasib olarsa, buradan keçən insanlar görə biləcək və səsimizi eşidəcəklər”.



Qorxduğumuz başımıza gəldi- Azərbaycanlılar..
Azərbaycan əsilli deputata İsveçdə böyük vəzifə verildi
Tehran bu yolla Bakıdan “əvəz” çıxdı – Bilgin
“21 AZƏR”i unutmadıq!
"21 Azər"i UNUTMADIQ!
İran Fazil Mustafanı niyə hədəf aldı?
İran Bakını nə üçün hədələdi?
İranın məşhur gölü səhralığa çevrilir
Güney Azərbaycan fəalları aksiyalar üçün gün təyin edib
Müsəlman qəbiristanlığına hücum: 10 məzar dağıdıldı
İran yeni “Azərbaycan dili” yaradır
Tehranda yenidən etiraz aksiyaları başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 