2023-cü ilin iyul ayının 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi deyilən Turalə Aslanovanın atası Natiq Aslanov açıqlama verib.
ONN media xəbər verir ki, o, Globalinfo.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:
“Hazırda heç bir dəyişiklik yoxdur, istintaq davam edir, hər şeyin yaxşı olacağını deyirlər. Baş verən hadisədən sonra qızımın ölümünə səbəb olan Kəmalə Quliyeva ilə müstəntiq Zaur Tanrıverdiyevi işdən azad ediblər. Lakin onlar azadlıqdadırlar və bu, məni narahat edir”.
N.Aslanov tez-tez prokurorluğa getdiyini deyib:
“İşimizi Bakı Şəhər Baş Prokurorluğu araşdırır. Onlar dəvət edən zaman da gedirəm, bəzən çağırılmasam da gedirəm, maraqlanıram. Yetərincə sübutlar təqdim etmişəm, amma hələ həbs olunan bir kimsə yoxdur. İstintaqın bitməsini gözləyirik. Ümid edirəm ki, cinayətkarlar öz cəzalarını layiqincə alacaqlar. Mən itirdiyimi itirmişəm, bu işin sonuna qədər gedəcəm. Adım kimi əminəm ki, qızımı otaqda öldürüblər. Ona görə də qatillər azadlıqda gəzə bilməzlər”.
Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilsə də, ailəsi onun öldürüldüyündən şübhələnir.
Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi bildirilir.



Dəhşətli qəzanı törədən sürücünün - FOTOLAR
Bakıda dəhşətli qəzaya səbəb olan sürücü barəsində qərar verildi
Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Toy axşamı intihar edən şəxsin atası: "Sonuncu dəfə nişanlısı ilə..."
"Papa, məni evə apar”dedi və...- Tükürpədən hadisə
İntihar edən şagirdlərlə bağlı məktəbdən AÇIQLAMA: Onlar əslində...
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
Sevinc Abbasova ev dustaqlığına məhkum edildi - RƏSMİ
Xırdalanda 3 qızın ölümü: narkomanlar binadan atır?
AzTV-nin mətbuat xidmətinin rəhbəri İŞDƏN AZAD EDİLDİ
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
Qarabağda yaşamağa gedirəm – İşxan Verdyan
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 