Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən Binəqədi rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. ONN media xəbər verir ki, dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “Kamaz 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər. Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib. T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT



2 uşağı öldürən sürücü həbs olundu
Azərbaycanda sabiq icra başçısının bacısı oğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Bakıda təcili tibbi yardım maşını dəhşətli qəza törətdi - ÖLƏN VAR
Səkidə dayanan insanları vuran sürücü həbs olundu
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
Avtobus qəza törətdi - ÖLƏN VAR
İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
Laçında yol qəzası olub- Ölənlər var
Bakı sakinini qatar vurdu
Binədəki avtobus qəzasının günahkarlarının aqibəti necə oldu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 