Bir müddətdir ki, sosial şəbəkələrdə bayram şou proqramlarının qiymətlərinin baha olması, buna baxmayaraq, restoranlarda boş yerlərin olmaması müzakirə mövzusuna çevrilib. Bir çox restoranda qiymətlərin 1 nəfər üçün 150, bəzilərində isə 400 manatdan başlaması da narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri qiymətlərin əhalinin yaşayış səviyyəsinə uyğun olmamasını bildirirlər.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, ənənəvi olaraq istirahət və bayram günlərində restoran xidmətlərinə yüksək tələbat olur:
“Buna görə də otellərdə, restoranlarda və digər turizm müəssisələrində yerlərin sayı azalır. Bəzi fürsətcil restoran sahibləri isə bundan istifadə edərək qiymətləri bahalaşdırır. Bir çox halda restoranların qiymətləri əhalinin orta aylıq gəliri ilə uyğunlaşmır və fantastik olur”.
S.Dübəndinin sözlərinə görə, son illərdə restoran biznesinə bu sahəni dərindən öyrənməyən, bilməyən insanlar gəliblər:
“Restoran biznesi digərləri ilə müqayisədə daha az investisiya tələb edən sahədir. Bu isə restoran biznesinə hazırlıqsız və iaşə xidməti sahəsində səriştəsi olmayan insanların gəlməsinin səbəblərindən biridir. Nəticədə fürsətcil, xüsusi və bayram günlərindən istifadə edərək daha çox gəlir əldə etmək istəyənlərin sayı bu sahədə artıb”.



Kafe və restoranlarda qiymətlər niyə bahalaşdı?
Bakı restoranlarındakı iftar menyusu QİYMƏTLƏRİ
Rayonlarda istirahət qiymətləri neçiyədir?
Bakıda kafe və restoranlarda qiymətlər artıb — VİDEO
Restoranda yer ayırdıb getməyənlər cəzalandırılacaq
Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq
Orucluqdan sonra toy qiymətləri bahalaşdı
Bayram günlərində taksilərdə qiymətlər artıb?
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Deputatdan toylarla bağlı mühüm təklif
Bayram günlərində məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK? - RƏSMİ
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 