Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik.
ONN media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzdə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.
O qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa Birliyinin ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.
Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.
Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa Birliyinin bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa Birliynin maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.
Nə qədər ki, Avropa Birliyi öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcəkdir.



Azərbaycan XİN-dən SƏRT CAVAB
"Qarabağ bəyanatı" Avropa Parlamentində müzakirə edildi
XİN: Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"
AP-dən Bakıya qarşı növbəti qərəz - XİN
Rəsmi Bakıdan Borelə cavab
XİN rəsmi məlumat yaydı
Rəsmi Bakıdan İQAK-a cavab: Rədd edirik!
Rəsmi Bakıdan AB-yə cavab: Rədd edirik!
Azərbaycan XİN rəsmi məlumat yaydı
Prezident bu ölkələrin Xarici İşlər nazirlərini qəbul etdi
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN
Rəsmi Bakıdan Ermənistana SƏRT CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 