Ermənistanın xüsusilə müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdlü) kəndinə və mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Və belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan Ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar.
Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi dünən sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin dünən, yaxud ondan öncəki günlər bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir.
İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in dünənki bəyanatından sonra “Azərbaycan Ordusunun Zoda daxil olması” iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir.
İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər



Ermənilər yenə dayanmır- Paşinyan nə planlaşdırır?
Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...
Bakı İrəvandan bu əraziləri tələb edəcək - Sərhəd görüşünün detalları
Paşinyan törətdikləri təxribatla bağlı tvit paylaşıb
Putin, Əliyev və Paşinyan görüşü niyə gizli keçirilib?
Bakıdan İrəvana növbəti XƏBƏRDARLIQ
Paşinyan: Azərbaycanla danışıqlara hazıram
Ordumuza qarşı olan təxribatın qarşılığı olacaq?
Nikolla danışan Putin Bakıya niyə zəng etdi?
İran Azərbaycanla sərhəddə ordu yığır- PLAN NƏDİR?
Ermənistan bu ərazilərdə ordumuzun mövqelərinə hücum edəcək - Rəsmi etiraf
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 