Ermənistan Azərbaycan qoşunlarının Geqarkunikdən (Göyçə mahalı-red) çıxarılması üçün başqa vasitələrə əl atacaq.
ONN media xəbər verir ki, bu barədə Geqarkunikin qubernatoru Karen Sarkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
K.Sarkisyan bildirib ki, Azərbaycan qoşunlarını Geqarkunik bölgəsinin ərazilərindən geri çəkməlidir.
Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sarkisyan belə cavab verib: “Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.
Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.
Qubernator K.Sarkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.



Ermənistan hücuma hazırlaşır- Rəsmən elan etdi
Ordumuz bu istiqamətdə geri çəkilib?
Ordumuzun Zod-a girməsi məlumatı niyə yayılıb?
Sarkisyan Azərbaycanla olan sərhədlərə görə Putindən KÖMƏK İSTƏDİ
Serj Sarkisyan Moskvaya gedir
Sarkisyan açıqlama vermək üçün nəyi gözləyir?
Ermənistan-Türkiyə protokolları ləğv edilib
Koreyanın nüfuzlu "The Korea Post" qəzeti erməni təxribatından yazdı
Sarkisyan “Aprel döyüşləri” haqda bütün sirləri açacaq
SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi
Düşmən bu istiqamətdə geri çəkildiyini ETİRAF ETDİ
Sarkisyan Ermənistan baş nazirliyinə namizəd irəli sürüldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 