ONN media xəbər verir ki, Belçikanın Waterloo şəhərində Bələdiyyəyə yaxın bir yerdə qorunan sənət əsərlərindən olan Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə Ermənilərin təcavüzü Azərbaycan Cümhuriyyətində, Türk Dünyası və Azərbaycanlılar tərəfindən etirazla qarşılandı. Hollandiyada olan Azərbaycan Sivil Cəmiyyət Quruluşları bir çıxış ilə çirkin hücumu qınayaraq, bu hadisəni həyata keçirənlərin saxlanılaraq ədalətə təslim edilməli olduqlarını bildirdilər. Belçikada xidmət göstərən Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçi isə açıqlama verərək bildirib ki, " Mədəniyyətlərin qardaşlıq və dostluq içərisində yaşadığı Avropanın da paytaxtı olan Belçikanın Waterloo şəhərində olan Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən Xurşidbanu Natəvanın heykəlinə qarşı ermənilərin etdiyi çirkin hücumu şiddətlə qınayırıq. Bu hadisə tarixə, sənətə və təhsilə edilən ən pis hücumdur. Belçika Azərbaycan dostluğunun rəm zi olan bu qadın heykəlinə həm də "Qadınlar Günündə olunan bu hərəkət eyni zamanda bütün dünya qadınlarına edilmiş ən böyük hörmətsizlikdir. Bu çirkin plan ermənilərin də qadın düşmənliyinin göstəricisidir. Əbədi bir şəxsiyyət olan bu qadının heykəlinə hücum ermənilərin nə qədər kin və nifrət dolu olduqlarını açıqca ortaya qoyur. Belçikanın sülh mərkəzində cansız bir heykələ bu qədər kin ilə yanaşan ermənilərin Xocalıda gücsüz və qoruması olmayan qadınlara etdikləri vəhşiliyi yaxşı başa düşürük. Hərşeyə rəğmən biz qanuni və demokratik olaraq bu çirkin hadisənin səbəbkarlarının saxlanılaraq ədalətə təslim edilməsi istiqamətində bacardığımızı edəcəyik. Belçikada 300 minə yaxın Türk yaşamasına baxmayaraq heçbir Türk Belçikada olan sözdə Erməni Soyqrımı heykəllərinə sülhü pozmamaq üçün hücum etməyiblər. Belçikanın səlahiyyətli şəxsləri bu məsələni diqqətə alaraq bu hadisənin səbəbkarlarının saxlanılaraq ədalətə təslim etməyini gözləyirik" dedi. Fəridə Qafarova
Ermənilərin Xurşidbanu Natəvanın heykəlinə etdikləri hörmətsizlik qınandı



Xurşidbanu Natəvanın 190 illiyi Şuşada qeyd olunacaq
Fransadakı azərbaycanlılar buna görə aksiya keçirdi
Ağdamda yeni abidənin açılışı oldu
Natəvanın heykəli ilə bağlı məlumat
Prezident sərəncam imzaladı
Natəvanın heykəlini sökən ermənilərdir?
Belçikada Novruz bayramı böyük coşqu ilə qeyd olundu
Erməni vandallar Belçikada Natəvanın abidəsini təhqir etdilər – FOTOLAR
Atatürkün heykəlinə daş atan şəxs saxlanıldı
Azərbaycan mədəniyyəti Ham şəhərində
Brüsseldə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 