Ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır.
ONN media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciətində bildirilib.
“Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir”, - müraciətdə bildirilib.
BDYPİ sürücülərə müraciət edərək onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edib.



DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT
Yol polisindən yağışlı hava ilə bağlı xəbərdarlıq
DYP sürücülərə müraciət etdi
DİN sürücülərə müraciət etdi
DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ
DYP bununla bağlı xəbərdarlıq etdi
Bu yollara güclü QAR YAĞIR, 20 dərəcə ŞAXTA VAR - RƏSMİ
AAYDA bu yollarla bağlı hərəkətə keçdi
DYP hava ilə bağlı xəbərdarlıq etdi
Yol polisindən hərəkət iştirakçılarına müraciət
Yollardakı son durum necədir?
Kəlbəcər yolu buz bağladı, 13 dərəcə şaxta var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 