Tanınmış jurnalist Səbuhi Məmmədli dəfn olunub.
Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri iştirak ediblər.
Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur “Lent.az” saytında çalışıb.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.
Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilib.
Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, “Yeni Klinika”ya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.



Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı
XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verdi
Həlak olan hərbçimiz dəfn olundu
Səbuhi Xanlarov niyə həbs edildi?
Azərbaycanda vəzifəli şəxs həbs edildi
İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi
Bu avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ
"Araz" supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN!
Azərbaycanda 1 manatlıq 1000 manata satılır - SƏBƏBİ İSƏ...
Vətən müharibəsinin şəhidi bu gün dəfn ediləcək
Rəmiş dəfn edildi - SON DƏQİQƏ
Naxçıvana yeni baş nazir təyin olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 