Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib.
Bundan əvvəl idmançı Pərviz Abdullayev (“Kobra” Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən “Qafqazinfo”ya cavab olaraq bildiriib ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:
“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”.
Qurumdan, həmçinin bildirilib ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir:
“Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”.



Aygün Kazımovanın səhifəsi oğurlandı
DTX bu şəxslərə xəbərdarlıq etdi
MN -dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
Sosial şəbəkə istifadəçilərinə müraciət edildi
"Facebook" və "Instagram"da yenə PROBLEM YARANDI
Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada - FOTO
"Facebook" 203 hesabı sildi - NİYƏ?
"Twitter"in yaradıcısı yeni sosial şəbəkə qurdu
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
Feysbukda “nöqtə qoyun” istəyi işə yarayırmı? – Ekspert
Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırıb - FOTO
Azərbaycanda TikTok-un fəaliyyəti bərpa edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 