Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.
Müavinətin məbləği ölkə üzrə orta aylıq əmək haqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 923 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4615 manat müavinət ödəniləcək.
Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti, əmək kitabçasının surəti, Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər", - deyə o qeyd edib.



Bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK
Valideynlərin NƏZƏRİNƏ- Bu uşaqlar üçün pul ödəniləcək
ŞAD XƏBƏR: Bu uşaqlara müavinət veriləcək
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Bu ailələrə 480 manat veriləcək
Bu uşaqlara dərsliklər PULSUZ veriləcək - QƏRAR
Bu şəxslərə ŞAD XƏBƏR- Pul alacaqlar
ŞAD XƏBƏR - Yeni doğulan uşaqlara verilən müavinət artırıldı
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu uşaqların təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
SON DƏQİQƏ: Tələbə qəbulu qaydaları dəyişdi - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 