Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb.
ONN media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar.
2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23 % azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə Azərbaycan daha ucuz buğda alıb.
Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4 % azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb.
İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır.
Bununla belə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çörəyin strateji məhsul olduğunu nəzərə alaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi məhsulun topdansatış qiymətləri Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət üçün Dövlət Xidməti istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görür.
Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşumuza qarşı bir sıra sanksiyalar tətbiq edilib, bu ölkədə istehsal olunan buğdanın xarici bazarlara çıxışına məhdudiyyət qoyulub:
"Odur ki, Rusiya buğdası ucuzlaşıb. Böyük ehtimalla qiymət yaxın vaxtlarda artmayacaq, hətta bir qədər də azala bilər. Əksinə ucuzlaşma tendensiyası davam etsə, bu amil Azərbaycanda çörəyin istehsalında nəzərə alınmalıdır”.



Un və çörəyin qiyməti ucuzlaşdı
Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşdı
Azərbaycanın idxal etdiyi buğdanın qiyməti azalıb
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda çörəyin qiyməti bahalaşdı
Unun bahalaşmasına əsas var?
Azərbaycana gətirilən buğdanın dəyəri artıb - MƏBLƏĞ
Çörək yenə bahalaşdı – 83 qəpiyə...
Unun qiyməti niyə bahalaşıb?
Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Çörəyin qiyməti yenidən bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 