Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Bu barədə ONN media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.



Türkiyədə həbs edilən Rövşən Zalov Azərbaycana gətirildi
Axtarışda olan azərbaycanlı Ukraynada həbs edildi
Daha bir nəfər Azərbaycana ekstradisiya edildi
Rusiyada həbs edilən cinayətkar Azərbaycana gətirildi
SON DƏQİQƏ: Axtarışa verilmiş şəxslər tutularaq Azərbaycana gətirildi
SON DƏQİQƏ: Həbsdə olan sabiq deputat vəfat etdi
Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi
Maqsud Mahmudovun məhkəməsi bu tarixdə keçiriləcək
Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu - ÖLKƏYƏ GƏTİRİLDİ
Maqsud Mahmudovun məhkəməsi başlayıb
Həbs edilən 3 nəfər Özbəkistana təhvil verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 