Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Elnur Abbasovun ekstradisiyası haqqında qərar qəbul edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Nəsimi rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci hissəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində beynəlxalq axtarış elan edilib. Elnur Abbasov Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər cinayətə görə Petroqrad rayon məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunub. 2022-ci il fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan Azərbaycana gətirilib.
Beynəlxalq axtarışa verilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi



Daha bir nəfər Azərbaycana ekstradisiya edildi
Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu - ÖLKƏYƏ GƏTİRİLDİ
SON DƏQİQƏ: O, Gürcüstanda tutularaq Azərbaycana gətirildi
Xaricdə gizlənən kriminal avtoritet həbs edildi - AZƏRBAYCANA GƏTİRİLDİ
Rusiyada həbs edilən cinayətkar Azərbaycana gətirildi
SON DƏQİQƏ: Axtarışa verilmiş şəxslər tutularaq Azərbaycana gətirildi
Gürcüstanda 2 nəfərin ölümünə səbəb oldu - Azərbaycana QAÇDI
Rusiyada həbs edilənlər Azərbaycana gətirildi - RƏSMİ
Rusiyada axtarışda olan şəxs Azərbaycanda ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 