Ermənistanın özü də qisas əməliyyatı nəticəsində öldürülənlərin “Yerkrap”ın üzvləri olduğunu etiraf edib. Biz də birmənalı şəkildə məhv edilən silahlıların terrorçu olduğunu deyə bilərik. Bu, Ermənistan ordusunun bərbad vəziyyətini və hətta strateji yerlərdə belə keçmişi qaranlıq olan hərbçilərin, yaxud terrorçuların fəaliyyət göstərdiyini təsdiqləyir.
Bu sözləri DSX-nin həyata keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən dörd erməni hərbçisi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik Azərbaycana qarşı törədiləcək təxribatların Ermənistana baha başa gələcəyini vurğulayıb:
“Məndə olan məlumata görə, bizim əsgərimizə atəş açan yaramaz da artıq gəbərdilib. Yəqin ki, yaxın saatlarda son vəziyyət haqqında detallı məlumat veriləcək. Təxribatı törədənlər yaşlarına və davranışlarına görə hərbçiyə bənzəmirlər. Çünki DSX-nin təqdim videodan göründüyü kimi, həmin postda komandirə tabeçilik yoxdur və silahlılar heç bir qaydaya məhəl qoymadan başıpozuq şəkildə rahat hərəkət edirlər. Üzə çıxan faktlar baş verən təxribatın Ermənistan hakimiyyətinin iradəsindən kənar həyata keçirildiyi ehtimalını gücləndirir. Ancaq istənilən halda bölgədə sülhə əngəl olmaq üçün təxribat törədənlər Azərbaycanın qisas əməliyyatı nəticəsində nə ilə üzləşəcəklərini bir daha əyani şəkildə gördülər”.
Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəs pozaraq, əsgərimizi yaralayan terrorçulara qarşı qisas əməliyyatı keçirilib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.



DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?
Ermənistan nə qədər itki verib?- AÇIQLAMA
İlham Əliyev: "Səfərbərliyin elan edilməsinə hələ ki..."
Türkiyə ordusu daha 14 terrorçunu məhv etdi
Müdafiə Nazirliyi "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirdi
“Zver” ləqəbli məşhur erməni polkovnik MƏHV EDİLDİ
Ermənistanın müdafiə naziri — “Elşən Xəlilovun ölüm əmrini şəxsən vermişdim”
Məhv edilən erməni hərbçilərin sayı artdı - Rəsmi
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti MƏHV EDİLDİ - SİYAHI
Ordumuz yüksəkrütbəli erməni hərbçisini MƏHV ETDİ
Qarabağda döyüşən daha iki muzdlu terrorçu MƏHV EDİLDİ
Türkiyə ordusundan DAHA BİR ZƏRBƏ: Məhv edilən terrorçu sayı 53-ə çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 