Hindistanın məşhur içkilərindən biri olan masala çayının 5 min illik tarixi var. Uzun illər dərman hesab edilən bu çay süd və bəzi ədviyyatlar qarışdırılaraq əldə edilir.
Masala çayı əsrlər boyu Hindistanda və Cənub-Şərqi Asiyada istehlak edilib. Qədim dövrlərdə hər cür ot və ədviyyatla dəmlənən çay zamanla indiki formasını alıb.
Masala çayı tərkibindəki ədviyyatlar sayəsində immunitet sistemini gücləndirən xüsusiyyətlərə malikdir. Bədəndən zərərli toksinləri çıxarmaq üçün əla içkidir. Tərkibindəki antioksidantların bolluğu maddələr mübadiləsini sürətləndirir. Asanlıqla arıqlamaq istəyənlər üçün uyğundur. Masala çayının məlum təsirlərinə stress və gərginliyi azaltmaq da daxildir.
Tərkibi:
- 2 stəkan su;
- 2 stəkan camış südü;
- 2 xörək qaşığı qara çay;
- 5 ədəd mixək;
- 2 ədəd hil;
- 2 ədəd darçın çubuğu;
- 1 çay qaşığı zəncəfil;
- 1-2 ədəd badyan;
- 3-4 ədəd qara istiot dənəsi;
- Yarım çay qaşığı zirə.
Hazırlanması:
Əvvəlcə kiçik bir qazana 2 stəkan su töküb qaynadın. Qaynayan suya qara çayı və daha sonra ədviyyatları əlavə edin. Çay zəif odda 5-8 dəqiqə qaynadıqdan sonra südü əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra çay hazırdır. Çayı belə hazırlamaq əvəzinə apteklərdən hazır şəkildə də alıb istifadə edə bilərsiniz.
Zövqə uyğun olaraq çaya şəkər və ya bal əlavə etmək olar.



Lahmacun RESEPTİ
Qara istiotun inanılmaz faydaları
Zeytun yarpağından hazırlanan çayın faydaları
Ağızda dağılan duzlu peçenye
Yağ yandıran möcüzəvi qarışım
Beldəki piyləri əridən çay
Xiyar turşusu resepti
1həftəyə 3kq necə arıqlaya bilərik?
Belə lahmacun yeməmisiniz - FƏRQLİ DAD
"SEZAR" salatı resepti - Video
Bu çay sizi arıqladacaq
Dadı damağınızdan getməyəcək "İzmir Köftə"si
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 