İstər molla rejimi, istər İranda ən demokratik saydıqları hər hansı bir qüvvənin keçirdiyi heç bir seçkini qəbul etmirik. Hesab edirik ki, keçirilən seçkilər qeyri-qanuni, qeyri-əxlaqi və qeyri-demokratikdir. Nə zamana kimi “Güney Azərbaycan istiqlaliyyət istəyir, yaxud İranı”? deyə bir referendum keçirilməyib, bizim üçün heç bir seçkinin əhəmiyyəti olmayacaq.
Bu sözləri Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan İranda baş tutan parlament seçkiləri haqqında danışarkən deyib.
O bildirib ki, rejimin keçirdiyi seçkilər oyundur:
“İrandakı parlament seçkilərindən bizə nə? Mən azərbaycanlıyam, o iranlıdır. Düzdür, hərəkatın bəzi fəalları etnik mübahisə ehtimalı olan bölgələrdə səs verməyin tərəfdarıdır. Urmiya, Astara kimi bölgələrdə səs verilməsinə qarşı çıxmadıq. Dostlarımızın bəzisi hesab edir ki, bu taktika işə yarayır. Çünki səs verənlərin çoxunun kürdlər yox, bu bölgənin sakini olan türklər olduğunu hamı görməlidir. Biz də onların bu cür yanaşmasına qarşı çıxmadıq. Amma hesab etmirik ki, gedib hər hansı türk namizədə səs vermək nəyisə dəyişəcək. Demokratik seçkilər baş tutmur və kimin seçiləcəyinə bizim millət qərar vermir”.
Seçkilərlə bağlı bu vaxta kimi işlədilən taktikanın daha köhnəldiyini deyən Araz Ataxan vurğulayıb ki, ən doğru seçim bu seçkiləri tanımamaqdır:
“Keçmişdə belə düşünürdük ki, Xameneiyə yaxın adamların yanında dayanmaq lazımdır. Çünki rejim öz adamlarını seçəcək. Bununla biz də öz adamımızı seçmiş olurduq. Taktikamız bu idi. Lakin sonradan bunu anladılar. Rejimlə bərabər kürdlər də bizim əvvəlki taktikamızı anlayıblar. İndi yeni bir teatr qurublar. Deyirlər ki, Urmiyada namizədlərin beşi türkdürsə, beşi də kürd olacaq. Urmiyada 50 faiz kürd olmadığı halda niyə seçkilərdə türklərlə eyni sayda namizəd təmsil olunmalıdır? Burada məqsəd isə dünyaya göstərməkdir ki, Urmiyanın 50 faizi kürddür. Mən də seçkilərə qatılmaqla rejimin dəyirmanına su tökmüş oluram. Odur ki, istənilən variant bizim əleyhimizədir. Bu gün Azərbaycan türkləri İranda ən ağır durumdadır. Zindanlar milli fəallarla doludur. Bəluc və azərbaycanlılar İranda ən kasıb yaşayan təbəqədir. Dilimiz yasaq, məktəbimiz yox. Bu durumda olduğumuz halda gedib səs verməyimiz hansı əxlaqa sığar? Bəzi Güney Azərbaycan təşkilatları seçkiləri boykot edir, biz isə ümumiyyətlə saymırıq



Fevralın 10-u qeyri-iş günüdür? - Açıqlama
İran Fazil Mustafanı niyə hədəf aldı?
Azərbaycanlılar boykot qərarı verdi- NƏLƏR OLACAQ?
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
Nikol seçkidən 3 səbəbə görə imtina etdi - Aksiyalar başlayır
Güneylilər Almaniyada aksiya keçirdi
Conson növbədənkənar parlament seçkiləri keçirmək istəmir
Azərbaycanda referendum keçiriləcək?
Tehran Azərbaycan haqda bu cür təbliğat aparırdı
Milli Məclis buraxıla bilər – Növbədənkənar seçki…
İranda gözlənilən gün gəldi- SEÇİM BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 