“Birgə” hərəkatı martın 13-də İrəvanda baş nazirinin istefası tələbi ilə mitinq keçirəcək.
Bu barədə hərəkatın üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.
O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib.
Baqratyan bildirib ki, bu müddət ərzində hərəkat nümayəndələri bir çox mühüm görüşlər keçiriblər. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir. O, vətəndaşları bu prosesin bir hissəsi olmağa çağırıb.
“Biz vətəndaşları yavaş-yavaş mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Belə olan halda (Ermənistanın baş nazirinə - red.) deyə bilərik: “Xalq buradadırsa, xalqdan hansı dəstəyi alırsınız?” - deyə sabiq baş nazir qeyd edib.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti qəsb edib.
“Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq. Əminəm ki, güclü birləşmə baş verəcək”, - deyə Baqratyan vurğulayıb



Sərkisyan Mİ6 agentidir? - ŞOK AÇIQLAMA
İrəvanda bu gün saat 18:00-da NƏ BAŞ VERƏCƏK?
İrəvanda müxalifət parlamentin binası qarşısında GECƏLƏYƏCƏK
Azərbaycan bu tarixdə Zəngəzura girəcək - Baqratyan SENSASİON DETALLARI AÇDI
Paşinyan onu HƏBS ETDİRDİ
Ermənistanda ümumrespublika tətili elan edildi
Paşinyan kütləvi həbsləri başlatdı - Ermənistanda GƏRGİNLİK ARTIR
İrəvan QARIŞDI: Azadlıq meydanında...
İrəvanda mitinq keçirilir- VAXT BAŞA ÇATDI
Paşinyanın böyük oyunu nədir?
Koçaryan Paşinyana qarşı ilk mitinqini təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 