Baş Prokurorluq tərəfindən əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
ONN media xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi, habelə işçinin əmək haqqının vaxtında verilməməsi və digər qanun pozuntuları barədə vətəndaşlar və dövlət qurumlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.
Araşdırmalarla ölkə ərazisində qida və qeyri-qida məhsullarının satışını həyata keçirən supermarketlərdən biri tərəfindən işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı verilməsi, habelə əmək haqqının hesablanması və ödənilməsi barədə qanunun tələblərinin pozulması müəyyən edilib.
Həmçinin müəyyən edilib ki, Ağcabədi rayonunda əczaçılıq fəaliyyətini həyata keçirən müəssissələrdən biri uzun müddət işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.
Qeyd olunan faktlar üzrə hüquqi və vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.



İşçilərin hüquqlarını pozan bu şirkət cərimələndi
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Bu şəxslərə ayda maaşlarının 25%-i həcmində pul veriləcək
İşçinin məzuniyyət pulu hansı qaydada hesablanır?
Azərbaycanda şirkət rəhbəri cərimələndi
İşçiyə az maaş verənlərin NƏZƏRİNƏ! – CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ!
Müqaviləsiz işləyənlərin sayı açıqlandı
Bakıda məşhur restoranda pozuntular aşkarlandı
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
Azərbaycanda bu şəxslərin işdən çıxarılması qadağandır - RƏSM
Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
Tikintidə 475 nəfər qanunsuz işlədilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 