“Neftçi” klubu martın 23-ü saat 18:00-da “Neftçi Arena”da Rusiyanın “Spartak” (Moskva) klubu ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.
ONN media xəbər verir ki, müraciətdə deyilir:
“Martın 23-ü “Spartak” ilə yoldaşlıq oyunu çərçivəsində həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.
“Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.
“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq” , - deyə müraciətdə bildirilib.



“Neftçi”dən azarkeşlərə MÜRACİƏT
"Neftçi"nin oyunu buna görə təxirə salındı
"Neftçi" "Spartak"la yoldaşlıq oyunu keçirə bilər
"Neftçi" Moskva "Spartak"ını məğlub etdi
“Qarabağ” və “Neftçi” cərimələndi
“Qarabağ” buna görə cərimələndi
"Neftçi"də yeni transfer - 2 illik müqavilə bağlandı
“Neftçi” bu gün "Fənərbağça" ilə üz-üzə gələcək
"Neftçi" və "Qarabağ" oyunu təxirə salındı
"Neftçi" azərkeşlərinə müraciət etdi
DYP azarkeşlərə müraciət etdi
"Neftçi"dən yeni transfer
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 