“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubu ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.
ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi bununla bağlı bəyanat yayaraq, hər iki komanda azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və oyun zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini vurğulayıb.
Qeyd olunub ki, görüşə olan böyük marağı nəzərə alaraq, “Neftçi Arena”da baş tutacaq qarşılaşmada İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq: “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır. “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən, “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin şəxslər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaqlar. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”.
Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” matçının biletləri bu gün “iticket.az” saytında satışa çıxarılacaq.



"Neftçi" azarkeşlərinə müraciət etdi
“Qarabağ” və “Neftçi” cərimələndi
“Beşiktaş”-“Neftçi” oyununun başlama saatı dəyişdirildi
“Qarabağ” buna görə cərimələndi
"Neftçi" bu gün cavab oyununa çıxacaq
"Qalatasaray"dan "Neftçi"yə rəqib olmağına MÜNASİBƏT
"Neftçi"nin oyunu buna görə təxirə salındı
"Neftçi" qələbə ilə finala yüksəldi
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Yol polisindən futbol azarkeşlərinə MÜRACİƏT
"Neftçi"nin oyununda duyğulandıran görüntü
DYP azarkeşlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 