ABŞ hakimiyyəti Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb. Bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən xəbər verib.
Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqton ehtiyat edir ki, Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatlarının vurduğu zərbələr dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxara, eləcə də Moskvanın cavab tədbirlərinə təhrik edə bilər.
Nəşrin xəbərinə görə, ABŞ administrasiyası bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə xəbərdarlıq edib. Hər iki qurum tammiqyaslı müharibə başlayandan bəri Rusiya hədəflərinə quruda, dənizdə və havada zərbələr endirmək üçün öz pilotsuz uçuş aparatları proqramlarını davamlı olaraq genişləndirirlər.
Nəşrin mənbələrindən biri bildirib ki, Ağ Ev Rusiyanın qərbindəki neft emalı zavodlarına, terminallara və anbarlara Ukraynanın dron hücumlarından getdikcə daha çox gərginlik keçirməyə başlayır.
Vaşinqton eyni zamanda Moskvanın davam edən hücumlara mümkün cavabından da narahatdır.
Ağ Ev hesab edir ki, nəticədə Qərbin arxalandığı enerji infrastrukturu, məsələn, Qazaxıstan neftinin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun kəməri zərər görə bilər



Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr ENDİRDİ
Aİ İrana bununla bağlı sanksiya tətbiq etdi
Ukrayna Rusiyanın neft zavodlarına hücum etdi
"Kızılelma" nəyə qadirdir?
Ukraynada Rusiyanın daha dörd qırıcısı vuruldu
Rusiya XİN -dən Türkiyə-Ukrayna razılığına REAKSİYA...
ABŞ səfirliyindən müraciət: Ukraynanı dərhal tərk edin
Aİ-dən İrana Rusiya ilə bağlı çağırış
Azərbaycanın yeni PUA-ları təqdim edildi
Ukrayna ABŞ-dan hərbi kömək istədi
Ukrayna XİN bəyanat yaydı
NATO yenidən XƏBƏRDARLIQ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 