Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb.
ONN media-nın məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar.Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib. Hər iki halla bağlıBaş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:"Lakin təəssüflə bildirirəm ki, yol nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də sürücülərin diqqəti yayındıran hərəkətlərdən istifadə etməsidir. Bunlardan biri də mobil telefondur. Bəzi sürücülər mobil telefondan istifadə edərək nəqliyyat vasitəsini idarə edirlər. Bu da sonda arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.Qeyd edilən videoda avtobus sürücüsü tərəfimizdən aşkarlanıb, barəsində qanunamüvafiq tədbir görülüb. İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən sürücüyə 50 manat dəyərində protokol tərtib edilib. Sürücülər nəzərə almalıdır ki, özləri ilə yanaşı sərnişinlərin də həyat və sağlamlığını təhlükə altına atır. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər isə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.Digər yayılan videoda isə sərnişindaşıma qaydaları pozulub. Avtobus sürücüsü də buna ciddi şəkildə nəzarət etməyib. Hazırda həmin videodakı avtobus araşdırılır".



DYP bu şəxslərə xəbərdarlıq etdi
DYP sürücülərə müraciət etdi
DYP sərnişinlərə müraciət etdi
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
DYP-dən avtobus sürücülərinə xəbərdarlıq
DYP -dən növbəti REYD: 30-dan artıq şəxs CƏZA ALDI
Bunu edən sürücülər 50 AZN cərimələnəcək
Sürücüsü telefonla danışdı, rəhbərinə xəbərdarlıq olundu - BNA
DYP: Zolağa daxil olan sürücülər cərimələnəcək
Avtobus sürücülərinə qarşı reyd: Ciddi nöqsanlar aşkar olundu
Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz
Maşınını səkidə saxlayan sürücülərə xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 