D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan “Bacteroides fragilis”in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.
Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.
Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.
Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında “Bacteroides fragilis” bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.



Bu vitamin dağınıq sklerozun dərmanıdır
Xərçəngin müalicəsində inqilab: Xəstəliyi məhv edən effektiv vaksin tapıldı
Görməni yaxşılaşdırır, qəbizliyi yox edir - Turp yarpağının unikal faydaları
Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
Xərçəng əleyhinə pəhriz - MENYU
Payız mövsümündə bu tərəvəzlər immun sisteminizi qoruyacaq
Gənc dərinin və sağlam saçların SİRRİ
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Kələmin xərçəngə inanılmaz təsiri
Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər
Siqaret çəkənlərin DİQQƏTİNƏ- Mütləq oxuyun
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 