Dağıstan Respublikasından olan güləş üzrə məşqçi Orenburq vilayətində keçirilən ümumrusiya yarışında uduzduğu üçün azyaşlı şagirdini döyüb.
Dağıstan Respublikasının bədən tərbiyəsi və idman naziri Sajid Sajidov hadisənin baş verdiyini təsdiqləyib:
“O, Karabudaxkənd rayonunun Karabudaxkənd kəndindən olan Alaudin Atayevdir, amma mən ona məşqçi də deyə bilmərəm. Üstəlik, onun məşqçi olmadığı da məlum olub. O, dövlət idman müəssisələrində işləmir və məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq təhsili yoxdur. Özünü məşqçi kimi sınamaq qərarına gələn fərdi sahibkardır və tələbələri əsasən qohumlarının və dostlarının övladlarıdır. Onu da öyrəndim ki, o, əvvəllər də məşq və yarış prosesində uşaqlara qarşı oxşar zorakılıq hərəkətləri edib”.
Qeyd edək ki, yayılan kadrlarda “məşqçi”nin zorakılıq etdiyi azyaşlının idman geyimində Azərbaycan millisinin rəmzi sayılan “AZE” ifadəsi diqqət çəkib. Sözügedən fakt hadisənin Azərbaycanda baş verməsi və ya azyaşlının azərbaycanlı olması fikrini ortaya çıxarıb.
Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat Katibi Sərxan Musayev Oxu.Az-a açıqlama verib.
“Məsələnin Azərbaycan Güləş Federasiyası ilə heç bir əlaqəsi yoxdur. Nə güləşçi, nə də məşqçini tanıyırıq. Güləşçinin üzərindəki trikoda “AZE” yazılması normal haldır. Çünki hər məşq zalının qarşısında və ya idman malları mağazasında bu tərzli trikolar əldə etmək mümkündür”



Şagirdini döyən məşqçinin cəzası açıqlandı
Nazir idmançılara mükafat verdi
Azərbaycanda məşhur məşqçi vəfat etdi
"Qəbələ"də yeni məşqçi təyin olunub
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
"Sabah" klubunda yeni təyinatlar
Mədət Quliyev Asif Həsənovu baş məşqçi təyin etdi
AFFA millinin 7 nəfərlik məşqçi heyətini açıqladı - SİYAHI
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
Azərbaycanlı qızdan böyük uğur
Əfsanəvi futbolçu vəfat edib
İlham Zəkiyevə fəxri ad verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 