Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş beş saat davam edib. ONN media xəbər verir ki, bu barədə məlumatı “BelTA” yayıb. “Aleksandr Lukaşenko Bakıya gəldikdən dərhal sonra azərbaycanlı həmkarı ilə görüşə gedib. Prezidentlər təxminən Bakı vaxtı ilə 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib. Liderlərin hansı məsələləri müzakirə etdikləri hələ məlum deyil. Ancaq bundan əvvəl, Belarus Prezidentinin mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi”-deyə, məlumatda qeyd olunub. Qeyd edək ki, liderlər arasında danışıqların rəsmi hissəsi aprelin 14-də keçiriləcək. Prezidentlərin görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə keçiriləcək. Əsas diqqət qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Onlar həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq mövzularına da toxunacaqlar. Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib



Lukaşenko Azərbaycana gəldi - SON DƏQİQƏ
İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü oldu
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Lukaşenko Azərbaycana niyə gəlir?
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başladı
Belarus prezidenti Azərbaycana səfərə gəlir
İlham Əliyev və Lukaşenko nəyi müzakirə etdi?
Lukaşenko İlham Əliyevə zəng etdi
Lukaşenko Türkiyəyə getdi
İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı oldu
İlham Əliyev Lukaşenkoya zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 