Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə yol düşüb. ONN media xəbər verir ki, bu məlumatı “BelTA” yayıb. İkigünlük səfər zamanı Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyev arasında iki görüş olacaq. Bu görüşlərdən biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra keçiriləcək. Dövlət başçıları qeyri-rəsmi görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər. Danışıqların rəsmi hissəsinin aprelin 14-də keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə keçiriləcək. Əsas diqqət qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Onlar həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq mövzularına da toxunacaqlar. Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Lukaşenko Azərbaycana gəldi - SON DƏQİQƏ



İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib
Belarus prezidenti Azərbaycana səfərə gəlir
Lukaşenko Azərbaycana niyə gəlir?
Lukaşenko Türkiyəyə getdi
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Lukaşenko Azərbaycana gəlir
Lukaşenko Azərbaycana yola düşdü
İlham Əliyev və Lukaşenko nəyi müzakirə etdi?
Lukaşenko İlham Əliyevə zəng etdi
Lukaşenko Putinə zəng etdi
İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 