Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
ONN media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan müəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin, dərsdənkənar məşğələlərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.



“Fond pulu” tələb edən sinif rəhbəri ilə bağlı xəbər var
Nazir daha bir direktoru işdən qovdu- SƏBƏB?
Nazir şöbə müdirinə töhmət verdi - Karantini pozduğuna görə
Valideynlərdən pul tələb edən müəllimin aqibəti necə oldu?
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Daha bir sinif koronavirusa görə bağlandı
Bu məktəbin direktoru cəzalandırıldı
40 bağça müdiri işdən qovuldu
Sevinc Abbasova vəzifəsinə geri qayıdacaq?- RƏSMİ
Daha bir məktəbdə rüşvət qalmaqalı: Direktorun SƏSYAZISINDA nələr var? - VİDEO
Bakıda karantini pozan direktora xəbərdarlıq edildi
Prezident bu məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 