Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota artıq dolub.
ONN media xəbər verir ki, Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.
Qeyd edək ki, ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət hava nəqliyyatı ilə həyata keçiriləcək.
Artıq son bir neçə ildir ki, Həcc ziyarətinin bir nəfər üçün olan qiymətinin artırılması ilə bağlı narazılıqlar olur. Bununla bağlı suallar da verilir
İqtisadçı ekspert Eldəniz Əmirov başqa ölkələrlə müqayisə apararaq qiymət artımının səbəblərindən danışıb:
"Hazırda bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar olub. Bu, ötən illə müqayisədə ciddi artım deyil, 1,7% artım olub. İnflyasiya faktoru nəzər alınsa, bu, elə də ciddi artım deyil. Çünki ötən il Azərbaycanda 8,8%, Ərəbistanda isə 2,47% inflyasiya olub.
Lakin ümumiyyətlə, "bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?" sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olduğu təqdirdə və üstəlik məhdud sayla olarsa, bu, özünü qiymətdə göstərməyə bilməz".
Xatırladaq ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb.
İyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır



Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Həccə getmək istəyənlərə xəbər var
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Bu il Həcc ziyarəti ləğv oluna bilər?- AÇIQLAMA
Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
Həcc ziyarəti üçün qiymət artıb
QMİ məlumat yaydı: Həcc ziyarəti ilə bağlı ödənişlər...
Zəvvarlar Vətənə qayıdır
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 