"Azərişıq" relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur.
ONN media-nın "Azərişığ"a istinadən verdiyi məlumata görə, rayon ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə davam etdirilir.
Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi isə başa çatıb.
Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri daxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşmış və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi Şəhərsalma Planına əsasən həyata keçirilir.
"Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər regionlarında da əsaslı təmir və yenidənqurma işlərini paralel şəkildə davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.



Kəlbəcərdəki hərbi hissələrə elektrik verildi
Suqovuşan qəsəbəsi elektrik enerjisi ilə tam təmin edilir
Kəlbəcərdən Laçına elektrik xətti çəkilir
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
Suqovuşana elektrik xətlərinin çəkilməsi başa çatdı
Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq
Laçının ucqar kəndlərində elektrik şəbəkəsi yenilənir
Prezident və xanımı Şuşada (YENİLƏNDİ)
Bu ərazidə işıq olmayacaq
İlham Əliyev Kəlbəcər və Laçına getdi
“Azərişıq”dan YENİLİK- VİDEO
Güclü küləyin yaratdığı QORXUNC MƏNZƏRƏ - FOTOLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 