Son vaxtlar vətəndaşların bank kartlarından kiberüsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir.
ONN media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) "APA-Economics"ə qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyi deyilib: "Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir". Açıqlamada o da qeyd olunub ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır: "Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".



Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!
Onlayn dələduzları kart vəsaitlərini necə mənimsəyirlər?
Sakinlərin NƏZƏRİNƏ- Saxta mesaj göndərilir
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
Telefona gələn mesajlarla bağlı XƏBƏRDARLIQ
Vətəndaşların NƏZƏRİNƏ- Bu mesaj gəlsə...
Bank kartı olanlara XƏBƏRDARLIQ
Lalafoya elan yerləşdirənlərin diqqətinə
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
Məşhurların səhifələrinin oğurlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Alqı-satqı saytlarında FIRILDAQÇILIQ - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Mərkəzi Bank vətəndaşlara müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 