"Çimərliyə günün daha sərin saatlarında gedilməsi məsləhətdir".
ONN media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib. Onun sözlərinə görə, yüksək temperatur bədəndə hüceyrə və toxuma zərərinə səbəb ola bilər: "Yüksək temperaturda, çox isti havada, xüsusən də dəniz kənarı kimi rütubətli şəraitdə uzun müddət qalmaq, isti havalarda kifayət qədər maye qəbul etməməklə yanaşı, dehidratasiyaya (bədənin susuzlaşmasına), yəni bədənin tərləmə yolu ilə itirdiyi mayeni bərpa edə bilməməsinə şəraiti yaradır". G.Sadıqlı bildirib ki, bütün bunlar günvurma əlamətlərini daha da ağırlaşdıra bilər: "Çimərliyə getmək üçün ən uyğun vaxt səhər erkən saatlar (6:00 -10:00 arası) və axşam saat 17:00-dan sonradır. Bu saatlar arasında günəş daha az intensivdir və günvurma riski də daha aşağıdır. Bundan əlavə, günəş kremi istifadə etmək (minimum "SPF 30"), baş örtüyü və gözlük taxmaq, bol maye içmək, kölgəli yerlərdə piyada gəzmək və ya dincəlmək, yüngül, nəfəs alan geyimlər geyinmək kimi tədbirlərin görülməsi günvurma və günəşin zərərli təsirlərindən qorunmağa kömək edir"



Səhiyyə Nazirliyindən çimərliklə bağlı əhaliyə MÜRACİƏT
Günvurmadan necə qorunmalı?
Günvurma beyin zədələnməsinə səbəb ola bilər
Günvurmadan necə qorunaq? - MƏSLƏHƏTLƏR
Qeyri-sabit havadan sonra dəhşətli istilər başlayır - XƏBƏRDARLIQ
Körpələrə Günəş kremi çəkmək lazımdırmı? PEDİATR AÇIQLAYIB
Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət edib
Anomal istilərə görə əhaliyə xəbərdarlıq edilir
Hava şəraiti ilə bağlı əhaliyə müraciət olundu
FHN isti hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Yayda soyuq piyvənin hansı zərəri var?
FHN hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 