Günəş şüalarının insan orqanizminə müsbət təsirləri hər kəsə məlumdur. Günəşin təsirindən dəridə çox vacib sayılan D vitamini əmələ gəlir. D vitamini sümüklərin inkişafında, immun sisteminin möhkəmlənməsində, bədənin xəstəliklərlə mübarizəsində böyük rol oynayır. ONN media xəbər verir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb. Pediatr deyib ki, bununla bərabər Günəş şüalarının insan orqanizminə, ələlxüsus da körpə dərisinə mənfi təsirini də bilməliyik. Həkim deyib ki, 1 yaşı olmayan körpələr birbaşa Günəş şüası alması və gün kremlərindən istifadə edilməsi çox da tövsiyə edilmir. Onların dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər. Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaları məsləhət görülür. Bu vaxt məsələsi ilə bağlı bir çox mütəxəssislər arasında mübahisə açılsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra Günəş şüası almaq tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar Günəş vannası qəbul edərkən gün kremlərindən istifadə edilə bilər. Çünki uşaqların dərisi Günəşin kanserogen təsirinə daha həssas olurlar. Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktoru olmasına diqqət yetirilməlidir.
Körpələrə Günəş kremi çəkmək lazımdırmı? PEDİATR AÇIQLAYIB



Həkimdən SOS: Körpənizi bundan qoruyun!
Yayda günəş şüalarının fəsadlarından belə qorunun
D vitamini yalnız günəş şüalarından yaranır?
D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...
Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın
Yayda günəş ləkələri və yanıqlarından necə qorunmalı?
Tez-tez sızanaq problemi yaşayanların DİQQƏTİNƏ!
Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Yaxın saatlarda dünyaya çırpılacaq
Çimərlik mövsümü zamanı...
Arıqlaya bilmirəm deyənlər 15 dəqiqə bunu edin
Azərbaycana fəsillərin daxil olma vaxtı bilindi
Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 