Günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir. Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.Onun sözlərinə görə, həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar.
Mütəxəssis bildirib ki, vitamin D günəş işığının ultrabənövşəyi şüalarının təsiri altında insan dərisində sintez olunur, buna görə də onu "günəş vitamini" adlandırırlar:
"D vitamini orqanizmin həyatında əvəzolunmaz elementdir və sağlamlıq üçün çox faydalıdır. İnsan orqanizmində D vitamininin əsas rolu qidada olan kalsium və fosforun nazik bağırsaqdan sorulmasını təmin etməkdir.
Bu elementlər isə sümüklərin normal inkişafını, dişlərin sağlamlığını təmin edirlər. Vitamin D immun, sinir, əzələ, hormonal, reproduktiv sistemlərin fəaliyyətini möhkəmləndirir, metabolizmi sürətləndirir".G.İsmayılova günvurma zamanı nə etmək lazım olduğunu da açıqlayıb. O bildirib ki, günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir:
"Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir".



D vitamini yalnız günəş şüalarından yaranır?
Bu insanlarda daha çox D vitamini çatışmazlığı olur
Səhiyyə Nazirliyindən çimərliklə bağlı əhaliyə MÜRACİƏT
D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...
Arıqlaya bilmirəm deyənlər 15 dəqiqə bunu edin
Günvurmadan necə qorunmalı?
Günvurmadan qorunmaq üçün nə etməliyik?
Uşaqlarda hərarəti endirmək niyə olmaz?
Günvurma beyin zədələnməsinə səbəb ola bilər
Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?
Səhiyyə Nazirliyindən bayramda qidalanma ilə bağlı vətəndaşlara tövsiyə
Qışda bel ağrılarının səbəbi və asan çarəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 