ONN İnformasiya Agentliyi

Bakı metrosunda sıxlıq nəvaxt aradan qalxacaq?- RƏSMİ AÇIQLAMA

Bakı metrosunda sıxlıq nəvaxt aradan qalxacaq?- RƏSMİ AÇIQLAMA
26-02-2019, 15:32


Bakı metrosunda Qırmızı və Yaşıl xətlər ayrıldıqdan sonra qatarlar arasında interval azalacaq.

ONN media xəbər verir ki, bunu  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov qeyd edib ki, "28 May" stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılmasından sonra Bakı Metropoliteninin inkişafı daha da sürətlə həyata keçirilə bilər:

"Amma bunun üçün bəzi şərtlər var: "Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına qədər tunellər tikilməlidir, "Dərnəgül" stansiyasından ən azı "Koroğlu" stansiyasına qədər olan hissə istifadəyə verilməlidir. Bu işlərdən sonra "Cəfər Cabbarlı" və "28 May" stansiyaları ayrılmalıdır. Xətlər bir-birindən ayrıldıqdan sonra isə sərnişinlərin xətlər üzrə paylanmasında tarazlıq yaranacaq və xətlərdə qatarlar arasında interval eyni olacaq. Bilirsiniz ki, indi pik saatlarda "Həzi Aslanov"dan "28 May"a qədər qatarlar arasında interval 120 saniyə təşkil edir, lakin "28 May" stansiyasından "Dərnəgül" və ya " İşərişəhər" stansiyalarına qədər interval 240 saniyə və daha çox olur. Xətlər ayrılanda isə həmin yollarda da interval 120 saniyə olacaq".

Baş mühəndis bildirib ki, bu məsələ ilə bağlı Bakı Metropoliteninin rəhbərliyi konsepsiya hazırlayıb və hökumətə təqdim edib: "Bu işlər mərhələli şəkildə həllini tapacaq". Trend

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png