Çox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. İstidə bütün orqan və sistemlərə (xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və s.) olan yükləmələr artır ki, bu da onlarda pozulmaların inkişafı riskini artırır.
Belə vəziyyətdə sağlamlığı qorumaq üçün həkimlərin bəzi tövsiyələrinə əməl etmək lazımdır. ONN media sizə isti havada düzgün qidalanma ilə bağlı həkim tövsiyələrini təqdim edir.
1. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzinə daha tez-tez (4-5 dəfə) və daha az yeyin, yemək porsiyalarını azaldın.
2. Qidalanmanıza süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırın. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha "qələvi" edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir.
3. Qidalanmanızda meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir.
4. Yağlı və qızardılmış qidaları, şirniyyatları (tort, pirojna və s.) rasiondan xaric edin.
5. Gün ərzində 2 l təmiz qazsız su için. Su soyuq olmamalıdır.
6. Spirtli içkilərdən imtina edin.
7. Ədviyyatlardan daha az istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir.
8. Buna əks-göstərişlər yoxdursa, qidalarda duzun miqdarını bir qədər artırmaq olar. Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır.



İsti havada düzgün qidalanma necə olmalıdır?
Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB
Evdə suyu belə qablarda saxlayın - SƏBƏB?
İstinin mənfi təsirlərini azaltmağın yolları
Bununla bağlı sürücülərə müraciət edildi
İsti havada bunları yeyin
İsti havalarda DONDURMA YEMƏK OLMAZ
Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın!
Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı
Bu məhsul xərçəngə səbəb olur – Onkoloqdan XƏBƏRDARLIQ
Tanınmış amerikalı kardioloqdan uzun və sağlam həyatın 7 QAYDASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 