Paytaxtdakı anomal istilər sakinlərin iş qabiliyyətində iz buraxır.
ONN media xəbər verir ki, bu barədə rusiyalı terapevt Nadejda Çernışova məlumat verib. Həkim qeyd edib ki, istidə insanların iştahası öz-özünə azalır. Odur ki, bədənin bu siqnallarına etibar etmək lazımdır.
Terapevt isti havada gümrah qalmağa kömək edəcək qidaları açıqlayıb:
“Bu günlərdə menyuda yüngül yeməklər üstünlük təşkil etməlidir. Soyuq tərəvəz şorbalarına, vegetarian yeməkləri, az yağlı toyuq və balıq yeməklərinə üstünlük verin. Ağır ətli qidaların yanında ədviyyatlı xörəklər yemək də məqsədəuyğun deyil. Onların bədəni istiləndirmək xüsusiyyəti var, istidə soyuq yeməklərə daha çox ehtiyacımız var. Məsələn, dovğa, doğramac, müxtəlif salatlar və soyuq şorbalar, smuzi və ya dondurma.
Bununla birlikdə boğaz ağrısı və ya səs tellərinin iltihabının qarşısını almaq üçün soyuq qidalar və içkilərlə ehtiyatlı olmaq lazımdır. Əsasən heç bir qatqısı olmayan su içməyə çalışın. İstidə ən yaxşı içki çox soyuq olmayan adi sudur.
İsti havada qəhvə və çaydan da çəkinmək lazımdır. Məsələ burasındadır ki, bu cür içkilər isti havada onsuz da su çatışmazlığı yaşayan orqanizmdən mayenin atılmasını sürətləndirir. Bundan əlavə, itsi içkilər ürək ritmini sürətləndirir ki, bu da belə havalarda son dərəcə arzuolunmazdır, ürək-damar sistemi onsuz da artan stress altındadır”.
Ödemin qarşısını almaq üçün Nadejda Çernışova hərəkətdə olmağı, iş yerində ən azı 1 saat fasilə verməyi və ya mümkün qədər gəzməyi məsləhət görür. Hər kəsin belə uzun müddət gəzmək imkanı yoxdur, amma hərdənbir ayağa qalxmaq heç nədən daha yaxşıdır”.



İsti havalarda DONDURMA YEMƏK OLMAZ
İsti havada bu qidalardan imtina edin
İsti havada bu qidalardan imtina edin
Bununla bağlı sürücülərə müraciət edildi
Acı sağlamlığa necə təsir edir?
Soyuqlar düşdü, xəstələnməmək üçün bunu edin
Nə edim ki, uşaq xəstələnməsin? Pediatrdan 7 MƏSLƏHƏT
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
Qızmar istidə dondurma yemək təhlükəlidir?
İsti havada düzgün qidalanma QAYDALARI
Soyuq duşun — FAYDALARI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 